ÜMÜDLİ GƏLƏCƏK

Haqqımızda

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi artıq 27 ildir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği ilə məşğuldur və bu sahədə Daxili İşlər Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Ombudsman Aparatı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, UNİCEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, digər beynəlxalq və yerli təşkilatlarla sıx əməkdaşlıq edir. Təşkilatımızın müxtəlif proqramları müvafiq dövlət qurumları ilə birgə tərəfdaşlıq şəraitində həyata keçirilir və ölkənin müxtəlif bölgələrini əhatə edir. 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə qüvvəyə minmiş “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının və baxımsızlığın profilaktikası” haqqında Azərbaycan respublikasının qanunun icrası məsələlərinə rəhbərlik və koordinasiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Bu qanundan irəli gələrək 2007-ci ildə Daxili İşlər Nazirliyi və UNİCEF ilə sıx əməkdaşlıqda Bakı şəhərində “Cinayət və hüquq pozuntusu törətmiş uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi” və “Uşaq Hüquqları Klinikası” da yaradılmışdır, bununla yanaşı 2010-cu ildə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF ilə əməkdaşlıqda və Azercell Telecomun dəstəyi nəticəsində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin və 2011-ci ildə “Zorakılıq və cinayətin qurbanı olmuş uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzinin” yaradılmışdır. Yuxarıda qeyd edilən Sosial Xidmət Mərkəzləri hazırda da öz fəaliyyətini davam etdirirlər.

Vakansiyalar (0)